İMF: İkinci rübün nəticələri daha mənfi olacaq

İMF: İkinci rübün nəticələri daha mənfi olacaq Çinin ÜDM-si COVID-19 pandemiyası üzündən cari ilin birinci rübündə illik hesabla 36,6 faiz azalıb.
Maliyyə
12 May , 2020 20:33
İMF: İkinci rübün nəticələri daha mənfi olacaq

Çinin ÜDM-si COVID-19 pandemiyası üzündən cari ilin birinci rübündə illik hesabla 36,6 faiz azalıb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) açıqlamasında bildirilir.

“Virusun yayılmasının qarşısını almaq üçün Avropanın və Asiyanın əksər ölkələrinin gördüyü ciddi məhdudlaşdırıcı tədbirlərin nəticələri indi üzə çıxıb. Çinin ÜDM-si 2020-ci ilin birinci rübündə 36,6 faiz azalıb, Koreyada istehsalat həcmi 5,5 faiz azalıb (bütün rəqəmlər illik hesabla, mövsümi dəyişkənlik nəzərə alınmaqla verilir). Nəticələrdəki bu fərqin səbəbi Çinin epidemiya ilə ilk olaraq üzləşdiyi, sonra da ciddi məhdudiyyət tədbirlərini tətbiq etdiyi halda, Koreyanın iqtisadiyyatını açıq saxladığı və daha məqsədyönlü əngəlləmə strategiyasını həyata keçirməsindədir”, - İMF-də hesab edirlər.

Bununla yanaşı, ilin birinci rübündə Fransa ÜDM-sinin 21,3 faiz kimi rekord həddə, İspaniyada 19,2 faiz, İtaliyada 17,5 faiz azaldığı qeyd olunur: “İkinci rübün nəticələri, şübhəsiz ki, daha mənfi olacaq”.

Xatırladaq ki, aprelin 17-də Çin Dövlət Statistika Bürosu koronavirus pandemiyasının mənfi nəticələri üzündən ölkə iqtisadiyyatının birinci rüb ərzində 1992-ci ildən etibarən ilk dəfə mənfi rəqəmlər göstərərək ÜDM-nin 6,8 faiz azaldığını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi