İlham Əliyev: "Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb"

İlham Əliyev: "Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb" Azərbaycan və Ukrayna prezidentləri bu həcmin artırılması məsələlərini müzakirə ediblər
Maliyyə
18 Yanvar , 2017 22:04
İlham Əliyev: Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb.

"Report" xəbər verir ki, bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Bu gün Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb", - deyə dövlət başçısı bildirib.

İki ölkə lideri söhbət zamanı Ukrayna iqtisadiyyatına yatırılan bu investisiyaların həcminin artırılması üzrə layihələri də müzakirə ediblər.

Ukrayna prezidenti Azərbaycan neftinin Ukraynaya tədarükünün bərpa olunması münasibəti ilə İlham Əliyevi təbrik edib.

Bununla yanaşı Poroşenko Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi