Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb edilir

Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb edilir Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gündən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək.
Maliyyə
1 Yanvar , 2019 08:00
Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb edilir
Report

Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gündən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək.

“Report” xəbər verir ki, Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Vergitutma obyektinin adı Aksizin dərəcəsi
Avtobuslar
- Mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrə görə - 2 manat
- Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8000 manat + mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat
- Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16000 manat + mühərrikin həcminin 6001-8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 6 manat
- Mühərrikin həcmi 10 000 kubsantimetrədək olduqda 28000 manat + mühərrikin həcminin 8001-10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat
- Mühərrikin həcmi 10 000 kubsantimetrədən çox olduqda 44000 manat + mühərrikin həcminin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 10 manat

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən ölkəyə idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Son xəbərlər

Orphus sistemi