“İDK Kredit”in aktivləri 6% azalıb

“İDK Kredit”in aktivləri 6% azalıb Bakı. 10 sentyabr. REPORT.AZ/ “İDK Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 5,85% azalaraq bu il yanvarın 1-nə 1,594 mln. manat təşkil edib.
Maliyyə
10 sentyabr 2018 12:20
“İDK Kredit”in aktivləri 6% azalıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ “İDK Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 5,85% azalaraq bu il yanvarın 1-nə 1,594 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “İDK Kredit”in müştərilərə verdiyi xalis kreditlər 27,3% azalaraq 821 min manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 2,5 dəfə artaraq 57 min manat, cəmi kapitalı isə 8% azalaraq 1,537 mln. manat olub.

“İDK Kredit” 2017-ci ili 133 min manat xalis zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 7,4 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi