İDK BOKT-nin aktivləri 2% azalıb

İDK BOKT-nin aktivləri 2% azalıb İDK MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 2,2% azalaraq 1,559 milyon manat təşkil edib.
Maliyyə
5 iyun 2019 10:11
İDK BOKT-nin aktivləri 2% azalıb

İDK MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 2,2% azalaraq 1,559 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il İDK-nın müştərilərə verdiyi xalis kreditlər isə 25,1% artaraq 1,027 milyon manata çatıb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri, təxminən, 72% azalaraq 16 min manat, cəmi kapitalı isə 0,3% artaraq 1,542 milyon manat olub.

İDK 2018-ci ili 5 min manat xalis mənfəətlə başa vurub. Halbuki BOKT 2017-ci ildən 133 min manat zərərlə çıxmışdı.

Son xəbərlər

Orphus sistemi