"İDK" BOKT mənfəətdən zərərə keçib

"İDK" BOKT mənfəətdən zərərə keçib Bakı. 25 iyul. REPORT.AZ/ “İDK” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 1,693 mln. manat təşkil edib.“Report...
Maliyyə
25 İyul , 2017 11:42
İDK BOKT mənfəətdən zərərə keçib

Bakı. 25 iyul. REPORT.AZ/ “İDK” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 1,693 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,2% azdır.

“İDK”nın aktivlərinin 81,7%-ni və yaxud 1,383 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə BOKT-un kredit portfeli 0,8% kiçilib.

Hesabat dövründə “İDK”nın cəmi öhdəlikləri 47,4% azalaraq 23 min manat, cəmi kapitalı isə 1,1% azalaraq 1,67 mln. manat olub.

2016-cı ildə BOKT-un faiz gəlirləri 321 min manat (2015-ci ilə nisbətən 24,5% az), faiz xərcləri 6 min manat (46,9% az), qeyri-faiz gəlirləri 77 min manat (66,8% az), qeyri-faiz xərcləri isə 346 min manat (19,8% az) təşkil edib.

Ötən il “İDK” kreditlərin dəyərsizləşməsi üzrə xüsusi ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə 33% çox – 65 min manat yönəldib və 2016-cı ili 18 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2015-ci ildən 132 min manat xalis mənfəətlə çıxıb.

Xatırladaq ki, “İDK” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 700 min manatdır. BOKT-un təsisçisi Əliyar Əshər oğlu Əsgərovdur. O, həm də kredit təşkilatının baş direktorudur. 

Son xəbərlər

Orphus sistemi