İdarə Heyətinin sədri: “Unibank” heç bir bankla birləşməyə hazırlaşmır”

İdarə Heyətinin sədri: “Unibank” heç bir bankla birləşməyə hazırlaşmır” Faiq Hüseynov rəhbərlik etdiyi bankın bağlana biləcəyi ilə bağlı gəzən söz-söhbətin sadəcə şaiyə olduğunu deyib
Maliyyə
2 Fevral , 2018 12:38
İdarə Heyətinin sədri: “Unibank” heç bir bankla birləşməyə hazırlaşmır”
Report

Bakı. 2 fevral. REPORT.AZ/ “Unibank” ASC heç bir maliyyə qurumu ilə konsolidasiyaya dair danışıqlar aparmır.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bankın İdarə Heyətinin (İH) sədri Faiq Hüseynov deyib.

“Unibank” heç bir bankla birləşməyə hazırlaşmır. Bununla bağlı heç bir konret plan yoxdur, amma istənilən halda konsolidasiyaya açığıq”, - deyə o, qeyd edib.

F.Hüseynov rəhbərlik etdiyi bankın bağlana biləcəyi ilə bağlı gəzən söz-söhbətin sadəcə saişə olduğunu deyib: “Bu məlumatı yayan mətbuat orqanları onu sənədlərlə sübut etməlidirlər. Şaiyələri şərh etmək istəmirəm. Bankın kapitallaşma ilə bağlı rəsmi açıqlaması var, bu gün sabah audit hesabatımız da çıxacaq”.

İH-nin sədri onu da əlavə edib ki, “Unibank”ın həm istehlak, həm də biznes kreditləşməsi ilə bağlı böyük planları var.

“Rəqəmsal bankçılığı inkişaf etdirməyə planlaşdırırıq. Bu, ölkənin Strateji Yol Xəritəsində də öz əksini tapıb. Başqa elə bir inqilabi dəyişiklik gözlənilmir", - o bildirib. 

Son xəbərlər

Orphus sistemi