“İcraçı Kredit Agentliyi” BOKT-nin aktivləri 8% artıb

“İcraçı Kredit Agentliyi” BOKT-nin aktivləri 8% artıb “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 8,1% artaraq 2,62 mln. manat təşkil edib.
Maliyyə
25 May , 2019 14:30
“İcraçı Kredit Agentliyi” BOKT-nin aktivləri 8% artıb

“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 8,1% artaraq 2,62 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “İcraçı Kredit Agentliyi”nin müştərilərə verdiyi xalis kreditlər isə 4% azalaraq 1,904 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 2,9 dəfə artaraq 293 min manat, cəmi kapitalı isə 0,2% artaraq 2,327 mln. manat, o cümlədən nizamnamə kapitalı 1,8% azalaraq 219 min manat olub.

“İcraçı Kredit Agentliyi” 2018-ci ili 8 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən, təxminən, 30% azdır. 

Son xəbərlər

Orphus sistemi