​İcbari Sığorta Bürosu vətəndaşa 11,5 min manat ödəyib

​İcbari Sığorta Bürosu vətəndaşa 11,5 min manat ödəyib Ödəniş bu gün poçt vasitəsi ilə köçürülüb
Maliyyə
31 Oktyabr , 2014 14:47
​İcbari Sığorta Bürosu vətəndaşa 11,5 min manat ödəyib
Bakı. 31 oktyabr. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) tərəfindən  Azərbaycan vətəndaşına 11 500 manat məbləğində kompensasiya ödənişi verilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

Məlumata görə, sığorta ödənişi bu ilin yanvarın 1-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 219-cu km-də baş vermiş yol-nəqliyyat hadisəsində iki ailə üzvünün vəfatı, digər bir ailə üzvünün isə sağlamlığına az ağır dərəcəli bədən xəsarəti alması ilə əlaqədar adı açıqlanmayan şəxsə verilib.

Ödəniş oktyabrın 31-də poçt vasitəsi ilə köçürülüb.

Son xəbərlər

Orphus sistemi