İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub

İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub İcbari Sığorta Bürosunun (İSB) Himayəçilik Şurasında dəyişikliklər olub.
Maliyyə
1 Aprel , 2019 10:24
İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilik Şurasında dəyişikliklər olub. 

“Report” xəbər verir ki, Şuraya sədrlik edən “AXA Mbask” Sığorta Şirkəti ASC-nin İdarə Heyəti (İH) sədrinin I müavini Lana Çingizovna Gözəlova vəzifəsindən azad edilib. 

Onun yerinə “Atəşgah" Sığorta Şirkəti ASC-nin İH-nin sədri Azər Allahverdi oğlu Əliyev təyin edilib. 

Bundan başqa, indiyə qədər HŞ-nın üzvü olan “PAŞA Sığorta” ASC-nin İH-nin sədri Ülviyyə Kərim qızı Cabbarova Şurada sədr müavini vəzifəsinə gətirilib. O, bu vəzifədə “Atəşgah”ın İH sədrinin müşaviri Tələt Abbasqulu oğlu Səfərovu əvəz edib. 

Ü.Cabbarovanın yerinə isə “Xalq Sığorta” ASC-nin İH-nin üzvü Mətanət Alim qızı Nərimanlı təyin olunub.

Son xəbərlər

Orphus sistemi