Bakı. 31 may. REPORT.AZ/ İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının qərarı ilə qurumun icraçı direktoru Fariz Nazim oğlu Əzizov vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, onun yerinə “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü Rəşad Bayram oğlu Əhmədov təyin edilib.