Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçib Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi audit xidməti ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Maliyyə
31 may 2024 05:51
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi audit xidməti ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 6,5 min manat ödəniləcək.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ölkə Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Son xəbərlər

Orphus sistemi