HSBC-nin xalis mənfəəti 31% artıb

HSBC-nin xalis mənfəəti 31% artıb Böyük Britaniya - Honq-Konq bank qrupu HSBC Holdings Plc. bu ilin I rübünü 4,91 mlrd. ABŞ dolları məbləğində xalis mənfəətlə başa vurub.
Maliyyə
4 May , 2019 11:13
HSBC-nin xalis mənfəəti 31% artıb

Böyük Britaniya - Honq-Konq bank qrupu "HSBC Holdings Plc." bu ilin I rübünü 4,91 mlrd. ABŞ dolları məbləğində xalis mənfəətlə başa vurub. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur. 

Hesabat dövründə Bankın xalis faiz gəlirləri 0,2% artaraq 7,468 mlrd. dollara, əməliyyat mənfəəti 35,2% artaraq 5,621 mlrd. dollara, vergiyəqədərki mənfəəti isə 30,7% artaraq 6,213 mlrd. dollara yüksəlib. 

İl ərzində HSBC-nin hər səhminə düşən mənfəəti göstərici isə 0,06 dollar artaraq 0,15 dollardan 0,21 dollara çatıb. Bundan başqa, London Fond Birjasında həmin qiymətli kağızların 2,8% bahalaşıb.

Son xəbərlər

Orphus sistemi