Bakı. 8 sentyabr. REPORT.AZ/ Böyük Brtiyaniyanın HSBC Bankı yaxın iki il ərzində Fransadakı bölmələrində çalışan 466 nəfəri ixtisar edəcək.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ixtisarlar yenidənqurma işləri çərçivəsində həyata keçiriləcək.
Fransada iş yerini itirənlər əsasən informasiya, maliyyə və inzibati sahələrdə çalışanlar olacaq.
Xatırladaq ki, hazırda HSBC-nin Fransa strukturlarında 9 500 işçi çalışır. Bankın 2011-ci ildə həyata keçirdiyi struktur islahatları çərçivəsində 672 nəfər işdən azad edilib.