“Hökumət Ödəniş Portalı” ilə əməliyyatlar 30%-dən çox artıb

“Hökumət Ödəniş Portalı” ilə əməliyyatlar 30%-dən çox artıb 2019-cu ildə Hökumət Ödəniş Portalının (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi üzrə işlər davam etdirilib.
Maliyyə
192
1 İyun , 2020 16:22
“Hökumət Ödəniş Portalı” ilə əməliyyatlar 30%-dən çox artıb

2019-cu ildə "Hökumət Ödəniş Portalı"nın (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi üzrə işlər davam etdirilib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ötən il HÖP-ün infrastrukturuna 13 mərkəzi icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti), 4 kommunal xidməti müəssisəsi (“Azərsu” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, “Azəriqaz” İB), 5 stasionar və mobil rabitə operatoru (“Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Azercell Telecom” MMC, “Azərfon” MMC, “Bakcell” MMC), Elektron Lisenziyalar Portalı, “Elektron Məhkəmə” portalı üzərindən 97 məhkəmə orqanı, İcbari Sığorta Bürosu vasitəsi ilə 14 sığorta şirkəti, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Dövlət İmtahan Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyi, ali təhsil müəssisələri 5 (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti) və Milli Sertifikat Xidmətləri Mərkəzi inteqrasiya olunub.

Bu gün HÖP-ə inteqrasiya olunmuş qeyd edilən qurumlar üzrə ümumilikdə 590-dan çox xidmət, o cümlədən 500-dən artıq dövlət xidmətləri (vergi, rüsum, icarə haqqı, inzibati cərimələr və s.) üzrə ödənişlər "Azərpoçt" MMC, "Naxçıvanpoçt" MMC və 30 bankın 2 500-ə yaxın ödəniş məntəqəsində, 1 000-dən çox ödəniş terminallarında nağd formada və portalın internet resursundan, bankların elektron bankçılıq xidmətlərindən istifadə edilməklə ödəniş kartları və bank hesabları vasitəsilə nağdsız qaydada qəbul edilir.

2019-cu il ərzində sistemdə ümumi məbləği 3,3 milyard manat olmaqla 49 milyon ədəd ödəniş tranzaksiyası emal olunub. 2018-ci illə müqayisədə sistemdə emal olunan əməliyyatların məbləği 34% (832 milyon manat), əməliyyatların sayı isə 31% (11,6 milyon ədəd) artıb.

Son xəbərlər

Orphus sistemi