Hökumət Evindəki qurumların işçiləri istirahətə göndərilib

Hökumət Evindəki qurumların işçiləri istirahətə göndərilib Bakıda "Formula-1" yarışının keçirilməsi ilə əlaqədar bir sıra dövlət qurumlarının əməkdaşları bir həftəlik evə buraxılıb
Maliyyə
17 İyun , 2016 16:24
Hökumət Evindəki qurumların işçiləri istirahətə göndərilib

Bakı. 17 iyun. REPORT.AZ/ İyunun 17-19-da Bakıda keçirilən "Formula-1" Avropa Qran Prisi ilə əlaqədar olaraq Hökumət Evində yerləşən dövlət qurumlarının işçiləri müvəqqəti olaraq evə buraxılıblar.

“Report” xəbər verir ki, qurumların əməkdaşları iyunun 21-dək istirahət edəcəklər.

İqtisadiyyat Nazirliyindən “Report”a bildirilib ki, nazirlik iyunun 15-dən 21-nə qədər işləməyəcək: “Nazirlik əməkdaşlarına iyunun 21-dən işə çıxmaları bildirilib. Lakin həmin vaxt nazirliyin işə bağlayacağı dəqiq məlum deyil”.

Energetika Nazirliyinin əməkdaşları isə iyunun 14-dən etibarən evə buraxılıblar və iyunun 20-də işə qayıtmaları planlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyində isə əməkdaşlar iyunun 14-ü günün ikinci yarısından etibarən evə buraxılıb və iyunun 20-də işə qayıtmaları tövsiyyə olunub.

Qeyd edək ki, analoji vəziyyət Hökumət Evində yerləşən digər qurumlarda da mövcuddur.

Xatırladaq ki, Hökumət Evində Energetika, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yerləşir.

Son xəbərlər

Orphus sistemi