Bakı 23 noyabr. REPORT.AZ/ Azərbaycan hökumətinin 2018-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı təkliflərə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında cavab verəcək.
"Report"un verdiyi xəbərə görə, bu barədə spiker Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında məlumat verib: "Biz razılaşdıq ki, növbəti iclas dekabrın 1-də keçirilsin".
Maliyyə naziri Samir Şərifov da bildirib ki, deputatların təklifləri hökumətə çatdırılacaq: "Bizə ayrılan müddət ərzində təkliflər təqdim olunacaq və dəyərləndirləcək".