Hindistan son 18 ildə ilk dəfə ticarətdə profisit əldə edib

Hindistan son 18 ildə ilk dəfə ticarətdə profisit əldə edib İyunda Hindistanın idxal həcmi 21,1 milyard ABŞ dolları, ixrac həcmi isə 21,9 milyard ABŞ dolları təşkil edib
Maliyyə
260
7 İyul , 2020 12:15
Hindistan son 18 ildə ilk dəfə ticarətdə profisit əldə edib

Son 18 il ərzində ilk dəfə Hindistan ticarətdə müsbət saldo əldə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Ticarət Nazirliyi məlumat yayıb.

Profisit, təxminən, 786 milyon ABŞ dolları dəyərində ticarətin olduğu iyun ayında qeydə alınıb. Məlumata görə, iyunda profisit olmasına ixracatın 12%, idxalatın isə 49% azalması səbəb olub. Nəticədə iyun ayında Hindistanın idxal həcmi 21,1 milyard ABŞ dolları, ixrac həcmi isə 21,9 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Hindistan sonuncu dəfə 2002-ci ilin yanvarında 10 milyon dollarlıq profisitlə ticarətdə müsbət saldo əldə etmişdi.