Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir

Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır. Palatanın korrupsiyaya qarşı mübarizədə işi genişləndirilməlidir. Reportun verdiyi xəbərə görə, bu barədə deputat Əli Məsimli parlamentdə Hesablama Palatasının ötən ilki fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib.
Maliyyə
18 May , 2018 13:18
Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır. Palatanın korrupsiyaya qarşı mübarizədə işi genişləndirilməlidir. "Report"un verdiyi xəbərə görə, bu barədə deputat Əli Məsimli parlamentdə Hesablama Palatasının ötən ilki fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib. 

Deputat Qüdrət Həsənquliyev bildirib ki, hər il nəzarət nəticəsində müəyyən vəsait dövlət büdcəsinə qaytarılır: "Ancaq durum ürəkaçan deyil. Büdcə vəsaitlərini xərcləyən şəxslər hesab edirlər ki, həmin vəsaiti istədikləri kimi istifadə edə bilərlər. Bu, digər nəzarətedici orqan tərəfindən aşkarlanarsa, onlar bu vəsaiti yerinə qaytaracaqlar və məsuliyyətdən azad olacaqlar. Düzgün istifadə olunmamış vəsait aşkarlanırsa, o şəxs intizam qaydasında məsuliyyətə cəlb olunmalıdır. Vəsaitin geri qaytarılması məsuliyyəti yalnız yüngülləşdirən amil kimi nəzərə alınmalıdır".

Deputat Vahid Əhmədov da çıxışında bildirib ki, Palata tərəfindən ötən il həyata keçirilən 70 nəzarət tədbirinin hər birində nöqsan aşkarlanıb:  "Bunlar əsasən büdcə qanunvericiliyinə əməl olunmaması, satınalmalar sahəsində problem, gəlirlərin düzgün hesablanmaması və s sahələrdir. Dövlət satınalmaları ilə bağlı nöqsan hər il hesabatda öz əksini tapır. Nöqsanların 36% -i dövlət satınalmaları ilə bağlı, 35% isə mühasibat uçotunun düzgün aparılmaması ilə bağlı olub. Nöqsanların 15%-i isə dövlət zəmanəti ilə verilmiş kreditlərdə problemləri əhatə edib". 

Son xəbərlər

Orphus sistemi