Hesablama Palatasının sədri: "Ötən il debitor borclar azalsa da, aktuallığını saxlayıb"

Hesablama Palatasının sədri: "Ötən il debitor borclar azalsa da, aktuallığını saxlayıb" Bakı. 22 may. REPORT.AZ/ Hesablama Palatası 2017-ci ildə 127 dövlət qurumuna ayrılmış büdcə vəsaitləri ilə bağlı məlumatların təhlilini aparıb ki, bu da büdcə xərclərinin 74%-ni təşkil edib.
Maliyyə
22 May , 2018 12:34
Hesablama Palatasının sədri: Ötən il debitor borclar azalsa da, aktuallığını saxlayıb
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov / Report
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ Hesablama Palatası 2017-ci ildə 127 dövlət qurumuna ayrılmış büdcə vəsaitləri ilə bağlı məlumatların təhlilini aparıb ki, bu da büdcə xərclərinin 74%-ni təşkil edib. 

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib. 

"Büdcə xərclərini icrasına təsir edən amillərdən biri də debitor və kredotor borclardır. Təhlil göstərir ki, ötən il debitor borclar azalsa da, aktuallığını saxlayıb. Bəzi xərc maddələri üzrə debitor borc təsdiq edilmiş məbləğin 25-35%-i qədərdir. 

İcra nəticəsində dövlət büdcəsinin kəsiri təsdiq olunmuş yuxarı həddən 8,3% az olub. Kəsirin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 1,5% təşkil etməklə 2016-ci illə müqayisədə 1,4 faiz bəndi çox olub. Büdcə kəsirinin 54%-i vahid xəzinə hesabının qalığı hesabına, 35,7%-i daxili və xarici borclanma hesabına, 9,9%-i isə özəlləşdirmədən daxilomalar hesabına maliyyələşdirilib. 

2017-ci ilin sonuna ümumu dövlət borcu 17 mlrd. manat, adambaşına borc 1 718,3 manat təşkil edib. Ümumi borcun 93,9% i xarici dövlət borcudur", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi