Hesablama Palatasının sədri onlayn konfransda iştirak edib

Hesablama Palatasının sədri onlayn konfransda iştirak edib Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Qazaxıstanın dövlət büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin 25 illik yubiley tədbirinə həsr olunmuş “Müasir reallıqlar şəraitində dövlət auditi sistemi” mövzusunda onlayn konfransda iştirak edib
Maliyyə
11 Sentyabr , 2021 10:04
Hesablama Palatasının sədri onlayn konfransda iştirak edib

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Qazaxıstanın dövlət büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin 25 illik yubiley tədbirinə həsr olunmuş “Müasir reallıqlar şəraitində dövlət auditi sistemi” mövzusunda onlayn konfransda iştirak edib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, tədbirə 22 ölkənin Ali Audit Qurumunun rəhbərləri və nümayəndələri ilə yanaşı Qazaxıstanın Prezident Administrasiyasının, yerli hökumətin, eləcə də INTOSAI, EUROSAI, ASOSAI, ECOSAI, Asiya İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı kimi beynəlxalq təşkilatların, o cümlədən ali təhsil müəssisələrinin nümayəndələri qatılıb.

Konfransı giriş sözü ilə açan Qazaxıstan Hesablama Komitəsinin sədri Nataliya Qodunova iştirakçıları salamlayıb və rəhbərlik etdiyi təşkilatın əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

V.Gülməmmədov həmkarını bu mühüm gün münasibəti ilə təbrik edib, iki ölkənin Ali Audit Qurumları arasında mövcud olan sıx işgüzar münasibətləri və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərini iştirakçıların diqqətinə çatdırıb.

Elmi-praktik konfrans “Müasir reallıqlar şəraitində dövlət auditi sistemi” mövzusu çərçivəsində aktual olan altmövzular üzrə davam etdirilib və Hesablama Palatasının auditoru Cavid Bayramov “Fövqəladə hallar və Covid-19 çağırışlarının auditində Ali Audit Qurumlarının rolu” alt-mövzusu ətrafında məruzə ilə çıxış edib.

Tədbir iştirakçılar arasında geniş müzakirələr və həmkar Ali Audit Qurumlarına növbəti illərdə fəaliyyətində yeni nailiyyətlər arzuları ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi