Hesablama Palatasının sədri: “Büdcə vəsaitləri üzrə xəzinədən kənar əməliyyatlar artır”

Hesablama Palatasının sədri: “Büdcə vəsaitləri üzrə xəzinədən kənar əməliyyatlar artır” “Apardığımız təhlillər dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə xəzinədən kənar əməliyyatların həcminin ilbəil artdığını göstərir ki, bununla bağlı 2 məqam diqqətdə saxlanılmalıdır”.
Maliyyə
25 May , 2022 12:25
Hesablama Palatasının sədri: “Büdcə vəsaitləri üzrə xəzinədən kənar əməliyyatlar artır”
Vüqar Gülməmmədov

“Apardığımız təhlillər dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə xəzinədən kənar əməliyyatların həcminin ilbəil artdığını göstərir ki, bununla bağlı 2 məqam diqqətdə saxlanılmalıdır”.

“Report”un xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

“1-cisi xəzinədənkənar əməliyyatların həcminin çox olması gələcəkdə resurs çatışmazlığı ilə bağlı riskləri formalaşdırmaqla xərclərinin maliyyələşdirilməsində çətinliklərə səbəb ola bilər. 2-cisi isə bu əməliyyatlar, xərc öhdəliklərinin icrasının izlənilməsinə də imkan vermir. Qeyd etdiyim bu məsələlər, büdcə vəsaitlərinin son istifadəçiləri üzrə məlumatların yığılması və monitorinqi, eyni zamanda publik hüquqi şəxslər və dövlət müəssisələri üzrə büdcə vəsaitlərinin xəzinə müşayiəti ilə icrasına dair yeni mexanizmlərin qurulmasını vacib edir”, - deyə o, qeyd edib.

“2021-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə keçid və infrastruktur layihələr üstünlük təşkil etmiş,vəsait qoyuluşu xərcləri üzrə nəzərdə tutulmuş xərclərin tam icra edilməməsi xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlərdən az istifadə ilə bağlı olub”, – deyə sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi