Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabat müzakirə olunub

Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabat müzakirə olunub Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə qurumda kollegiya iclası keçirilib.
Maliyyə
1 aprel 2022 13:35
Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabat müzakirə olunub

Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə qurumda kollegiya iclası keçirilib.

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, iclasda "Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabat” müzakirə olunub, müvafiq qərar qəbul edilib.

Bundan başqa, Palatanın təqaüd yaşına çatmış 3 əməkdaşına uzun illər göstərdikləri fəaliyyətə görə təşəkkür olunub, uğurlar arzulanıb. Həmçinin, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin müdiri kollektivə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi