Hesablama Palatasının məlumatlara çıxış imkanları genişləndirilir

Hesablama Palatasının məlumatlara çıxış imkanları genişləndirilir "Hesablama Palatası haqqında" yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib
Maliyyə
5 Fevral , 2018 11:52
Hesablama Palatasının məlumatlara çıxış imkanları genişləndirilir

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Bakıda kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi - "Hesablama Palatası haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

"Report"un verdiyi xəbərə görə, platformanın kooordinatoru Əliməmməd Nuriyev bildirib ki, qanun layihəsi beynəlxalq audit standartlarının tələbləri nəzərə alınmaqla hazırlanıb. Onun sözlərinə görə, yeni qanun layihəsi əvvəlkindən həm əhatə dairəsinə, həm də fəaliyyətin dəqiqliynə görə seçilir. Yeni layihə palatanın həyata keçirdiyi auditin forması ilə bağlı yeniliklər də gətirib.

Hesablama Palatasının auditoru Firsənd Qurbanov bildirib ki, zaman dəyişir, dövlət büdcəsinin xərclərinə münasibət dəyişir, hər bir xərc mütləq nəzarətdə olmalıdır: "Nəzarət mexanizmi elə olmalıdır ki, xərclərdən təkcə büdcə təşkilatlarının rəhbərləri deyil, ictimaiyyət nümayəndələri də xəbərdar olsunlar". O bildirib ki, ictimai müzakirədə səslənən faydalı fikirlər palatanın fəaliyyətində nəzərə alınacaq.

Palatanın hüquq və kadr məsələləri şöbəsinin müdiri Nəsir Sadıqov isə qeyd edib ki, yeni layihə ilə Hesablama Palatasının statusu və dövlət maliyyə nəzarəti konkret müəyyən olunub, təşlilati və funksional müstəqilliyin təminatı, maliyyə-büdcə nəzarətinin əhatəliyi, kənar və daixli nəzarət arasında qarşılıqlı əlaqələr, nəzarət tədbirləri ilə bağlı məlumatların əldə edilməsi və məlumatlara çıxış imkanları genişləndirilib, auditlərin mandatı və spesifikası müəyyən olunub.

Həmçinin, yeni növ nəzarət tədbiri metodları müəyyən olunub. Nəzarət tədbirinin nəticəsi üzrə məlumatların göndərilməsi ilə bağlı yeniliyə əsasən, palata Milli Məclisdən əlavə Prezidentə və aiddyyəti dövlət orqanlarına da məlumat verəcək. Şöbə müdiri bildirib ki, kadr potensialının genişləndirilməsi üçün xüsusi təlim mərkəzi yaradılacaq.

Son xəbərlər

Orphus sistemi