"Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" adlı tvinninq layihəsinin rəsmi açılışı olub

"Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" adlı tvinninq layihəsinin rəsmi açılışı olub Baki. 20 noyabr. REPORT.AZ/ Bu gün Avropa İttifaqının maliyyələşdirdiyi Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi adlı tvinninq layihəsinin rəsmi açılışı olub.
Maliyyə
20 Noyabr , 2017 15:09
Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi adlı tvinninq layihəsinin rəsmi açılışı olub

Baki. 20 noyabr. REPORT.AZ/ Bu gün Avropa İttifaqının maliyyələşdirdiyi "Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" adlı tvinninq layihəsinin rəsmi açılışı olub.

"Report" xəbər verir ki, dəyəri 1,4 mln. avro təşkil edən və 2019-cu ilin dekabrına qədər davam edəcək layihənin icrasına oktyabrın 1-dən start verilib. 

Polşanın Ali Audit İdarəsinin həyata keçirəcəyi layihənin məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və bununla da Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsinə töhfə verməkdir. 

Son xəbərlər

Orphus sistemi