Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatasında kollegiya iclası keçirilib İclasda 2017-ci ilin İş Planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiq edilib
Maliyyə
6 Aprel , 2017 11:07
Hesablama Palatasında kollegiya iclası keçirilib
Report

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. “Report” xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildə fəaliyyəti haqqında hesabat” müzakirə olunub.

Sənəddə 2016-cı ildə Hesablama Palatasının funksional fəaliyyəti, həyata keçirilmiş auditlər və təhlil işləri, aparılmış nəzarət tədbirlərinin nəticələri əsasında müəyyən edilmiş nöqsanların təsnifləşdirilməsi ilə bağlı görülmüş tədbirlər və ilkin nəticələr, həmçinin, beynəlxalq və inzibati fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, Hesabatın təsdiq edilməsi və onun Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb.

İclasda 2017-ci ilin İş Planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiq edilib, cari məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Kollegiyada, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi