Hesablama Palatası və Dünya Bankı Qarşılıqlı Anlaşma Sazişi bağlayıb

Hesablama Palatası və Dünya Bankı Qarşılıqlı Anlaşma Sazişi bağlayıb Bakı. 10 dekabr. REPORT.AZ/ Hesablama Palatası və Dünya Bankı arasında Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlamasının planlaşdırılması və həyata keçirilməsi məqsədi ilə Qarşılıqlı Anlaşma Sazişi imzalanıb.
Maliyyə
10 Dekabr , 2018 18:03
Hesablama Palatası və Dünya Bankı Qarşılıqlı Anlaşma Sazişi bağlayıb
Hesablama Palatası / Report

Bakı. 10 dekabr. REPORT.AZ/ Hesablama Palatası və Dünya Bankı arasında "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi məqsədi ilə Qarşılıqlı Anlaşma Sazişi imzalanıb.

"Report" bu barədə Palataya istinadən xəbər verir. 

Sazişə əsasən, tərəflər Dünya Bankının maliyyələşdirdiyi layihələrin icra sonrası satınalmalar üzrə təhlilinin keçirilməsinə dəstək verilməsi, satınalmalar üzrə səmərəli audit yoxlamalarının aparılması üçün elektron forma, idarəetmə vasitələri və məlumatların təhlili üçün proqram təminatı ilə təchiz edilməsinə yönəldilməklə "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi prosesinin əlaqələndirilməsi məqsədi ilə əməkdaşlıq edəcəklər.

Eyni zamanda Dünya Bankı Hesablama Palatasının əməkdaşlarının analitik qabiliyyət və bacarıqlarının gücləndirilməsi və analitik yönümlü proqram təminatının işlənib hazırlanması məqsədi ilə texniki yardım göstərməyi öz üzərinə götürüb.

İdarəçilik təcrübəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması Dünya Bankı və Hesablama Palatası arasında uzunmüddətli və dayanıqlı münasibətlərin formalaşdırılmasına zəmin yaradacaqdır.

Saziş 3 il qüvvədə olacaq. 

Son xəbərlər

Orphus sistemi