Hesablama Palatası: “Vahid xəzinə hesabının sərbəst qalığı azalıb”

Hesablama Palatası: “Vahid xəzinə hesabının sərbəst qalığı azalıb” 2021-ci ildə Azərbaycanda vahid xəzinə hesabının sərbəst qalığında azalma müşahidə edilib, qalıq vəsaitinin idarə olunması və ya idarəetməyə verilməsindən daxilolmalar isə proqnozla müqayisədə az icra olunub.
Maliyyə
25 May , 2022 12:30
Hesablama Palatası: “Vahid xəzinə hesabının sərbəst qalığı azalıb”

2021-ci ildə Azərbaycanda vahid xəzinə hesabının sərbəst qalığında azalma müşahidə edilib, qalıq vəsaitinin idarə olunması və ya idarəetməyə verilməsindən daxilolmalar isə proqnozla müqayisədə az icra olunub.

“Report” xəbər verir ki, bu, “2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyində öz əksini tapıb.

Sənədə əsasən, vahid xəzinə hesabının sərbəst qalığının idarə olunması və ya idarəetməyə verilməsindən daxilolmalar büdcə gəlirləri təsnifatının “Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar” paraqrafında verilərək 2021-ci ildə nəzərdə tutulmuş 5 670 min manata qarşı dövlət büdcəsinə 855 min manat məbləğində vəsait daxil olub ki, bu da proqnoz göstəricisindən 4 815 min manat və yaxud 84,9% azdır.

Son xəbərlər

Orphus sistemi