Hesablama Palatası ötən il pul bazasının artmasının səbəblərini açıqlayıb

Hesablama Palatası ötən il pul bazasının artmasının səbəblərini açıqlayıb 2021-ci ilin sonuna yaxın Azərbaycanda valyuta satışının artması və vahid xəzinə hesabının qalığının dəyişməsi pul bazasının əhəmiyyətli artımı ilə nəticələnib.
Maliyyə
25 May , 2022 12:16
Hesablama Palatası ötən il pul bazasının artmasının səbəblərini açıqlayıb

2021-ci ilin sonuna yaxın Azərbaycanda valyuta satışının artması və vahid xəzinə hesabının qalığının dəyişməsi pul bazasının əhəmiyyətli artımı ilə nəticələnib.

“Report” xəbər verir ki, bu, “2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyində öz əksini tapıb.

Sənədə əsasən, hesabat ilində hərraclarda satılmış valyuta həcmi əvvəlki ilə nisbətən 8,4% az olub, orta aylıq satış məbləği 557,4 milyon ABŞ dolları təşkil edib. Valyuta satışının ən yüksək göstəricisi dekabr ayında 989,2 milyon ABŞ dolları, ən aşağı göstəricisi isə may ayında 312,9 milyon ABŞ dolları olmaqla qeydə alınıb.

2021-ci ilin noyabr-dekabr aylarında satılmış valyuta məbləği 2020-ci ilin müvafiq dövrünə nisbətdə 62,6% çox olmaqla, illik satışın 27,6%-ni təşkil edib. Son 2 ayda valyutaya olan tələbin yüksəlməsi ilin sonunda pul bazasının 32,2% artması ilə nəticələnib. Pul bazasının il ərzində dəyişməsinə icra olunan transfert məbləği, həmçinin vahid xəzinə hesabının dəyişməsi də əhəmiyyətli təsir göstərib. İlin sonunda transfert həcminin yüksəlməsi və vahid xəzinə hesabının qalığının azalması pul bazasının 3,6 milyard manat artması ilə nəticələnib. Pul bazasında dəyişikliyin əsasən dövlət xərcləmələrinin təzyiqi ilə formalaşması inflyasiyanın sürətlənməsində fiskal stimulların payının əhəmiyyətli olduğunu deməyə əsas verir.

Son xəbərlər

Orphus sistemi