Hesablama Palatası ötən il 153 min manatlıq satınalma müqaviləsi bağlayıb

Hesablama Palatası ötən il 153 min manatlıq satınalma müqaviləsi bağlayıb Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası 2017-ci ildə 153 344,2 manatlıq satınalma müqaviləsi bağlayıb. Beləliklə, Hesablama Palatası 2017-ci ildə satınalma üçün ehtimal olunan vəsaitdən 19 443 manata qənaət edib.
Maliyyə
9 Yanvar , 2018 11:27
Hesablama Palatası ötən il 153 min manatlıq satınalma müqaviləsi bağlayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası 2017-ci ildə 153 344,2 manatlıq satınalma müqaviləsi bağlayıb. Beləliklə, Hesablama Palatası 2017-ci ildə satınalma üçün ehtimal olunan vəsaitdən 19 443 manata qənaət edib.

“Report” bu barədə Hesablama Palatasının 2017-ci il ərzində keçirilmiş satınalma prosedurlarının nəticələrinə əsasən xəbər verir.

Belə ki, kompüter və ofis texnikasına texniki xidmətin göstərilməsi üzrə “CRM Group” MMC ilə 3 610,8 manatlıq müqavilə bağlamaqla ehtimal olunan vəsaitə 1 699,2 manat, çap məhsullarının hazırlanması üzrə “Günəş-B” MMC ilə 8 341 manatlıq müqavilə bağlamaqla, 598 manat, nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və xidmətlərin göstərilməsi üzrə Yadigar Əmirxan oğlu Mirzəyevlə 23 239 müqavilə bağlamaqla 1 846 manat, nəqliyyat vasitələrinə yağlama işləri üzrə Yadigar Əmirxan oğlu Mirzəyevlə 5 181,2 manatlıq müqavilə bağlamaqla 418,8 manat, kompüter və digər avadanlıqların satınalınması üzrə “Ultra Technologies” MMC ilə 24 876 manatlıq müqavilə bağlamaqla 3 855 manat, dəftərxana ləvazimatları üzrə İmran Əsəd oğlu Nəsibovla 10 339,9 manatlıq müqavilə bağlamaqla 2 460,1 manat, təsərrüfat malları üzrə İmran Əsəd oğlu Nəsibovla 8 296,3 manatlıq müqavilə bağlamaqla 2 703,7 manata qənaət edib.

Həmçinin, beynəlxalq tədbirlə əlaqədar olaraq malların, iş və xidmətlərin alınması üzrə "Basar" MMC ilə 27 633,4 manatlıq müqavilə bağlamaqla 1 286 manat, nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və xidmətlərin göstərilməsi üzrə Yadigar Əmirxan oğlu Mirzəyevlə 15 054 manatlıq müqavilə bağlamaqla 491 manat, inzibati binada cari təmir işlərinin görülməsi üzrə “Rəşad Abadlıq” TTM ilə 10 513,8 mantlıq müqavilə bağlamaqla 970 manat, "Dövlət Auditi" rüblük rəsmi məlumat bülletenin redaktə, dizayn və çap edilməsi üzrə “Max Ofset” MMC ilə 2 548,8 manatlıq müqavilə bağlamaqla 3 115,2 manat həcmində ehtimal olunan vəsaitə qənaət edilib.

Son xəbərlər

Orphus sistemi