Hesablama Palatası Moskvada görüşlər keçirib - FOTO

Hesablama Palatası Moskvada görüşlər keçirib - FOTO “Ali Audit Orqanlarının XXIII konqresinin nəticələri dövlət audit sahəsinə strateji audit və makroaudit kimi anlayışların tətbiqinə start verilmə kimi qiymətləndirilməlidir. Bu audit istiqamətləri ənənəvi audit metodları ilə - maliyyə, uyğunluq və səmərəlik auditləri ilə məhdudlaşdırılmalıdır”.
Maliyyə
25 Sentyabr , 2019 18:06
Hesablama Palatası Moskvada görüşlər keçirib - FOTO

“Ali Audit Orqanlarının XXIII konqresinin nəticələri dövlət audit sahəsinə strateji audit və makroaudit kimi anlayışların tətbiqinə start verilmə kimi qiymətləndirilməlidir. Bu audit istiqamətləri ənənəvi audit metodları ilə - maliyyə, uyğunluq və səmərəlik auditləri ilə məhdudlaşdırılmalıdır”. 

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Moskvada keçirilən  Ali Maliyyə Nəzarəti Orqanlarının XXIII konqresində iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Konqresdə diqqət mərkəzində olan mövzuları şərh edən V.Gülməmmədov deyib: “Strateji audit ölkənin strateji hədəflərinə və milli göstəricilərinə nail olmanın səviyyəsini qiymətləndirir. Bu yanaşma büdcənin daha çox dövlət proqramları əsasında tərtib olunmasını, vasitələrin dövlət proqramlarındakı hədəf göstəricilərinə yönəldilməsini və əldə olunan nəticələrin strateji, milli göstəricilərə uzlaşmasını tələb edir. Dövlət büdcəsinin bu əsasda tərtibi və icrası büdcə siyasətinin başlıca hədəflərindən olmalıdır”.

Hesablama Palatasının sədri həmçinin Moskvada keçirilən ikitərəfli görüşlərin əhəmiyyətini də qeyd edib: "Konqres çərçivəsində Cənubi Koreya, Qazaxıstan və Qırğız Respublikasının hesablama palataları ilə görüşlər keçirdik. Bizim Qazaxıstan və Qırğız Respublikasında təşkilatlarla memorandumumuz var. Bu memorandum çərçivəsində əlaqədə olduğumuz mövzular var. Bütün görüşlərdə konqresdə müzakirə olunan mövzular ətrafında da fikir mübadiləsi apardıq. Və əminliklə qeyd etmək istərdim ki, həm ikitərəfli, həm çoxtərəfli görüşlərin Azərbaycanın Hesablama Palatası üçün böyük töhfəsi var”. 

Qırğız Respublikasının Hesablama Palatasının rəhbəri Ulubek Maripov isə "Report"a bildirib ki, Azərbaycan və Qırğız Respublikası dost ölkələrdir, bütün sahələrdə əlaqələr inkişaf etdirilməlidir: "Keçən il biz Moskvada Qırğız Respublikası və Azərbaycanın hesablama palataları arasında əməkdaşlıq haqqında razılaşma imzaladıq. Razılaşmada gələcəkdə təcrübələrin bölünməsi, kadırların hazırlanması və digər məsələləri əhatə edirdi. Azərbaycandan olan həmkarlarımız Qırğız Respublikasında oldular, biz də Azərbaycana səfərə hazırlaşırıq. Gələcəkdə biz dost və qohum ölkələr olaraq təkcə audit sferasında əməkdaşlıq etməli deyilik, iki ölkə arasında ticarət dövriyyəsi də artılmalıyıq, əməkdaşlığımızı inkişaf etdirməliyik". 

Xatırladaq ki, Ali Maliyyə Nəzarəti Orqanlarının XXIII Konqresini Rusiya prezidenti Vladimir Putin açıq elan edib və dünya audit qurumlarının rəhbərlərinin məhsuldar işi üçün Moskvada bütün şəraitin yaradlıdığını diqqətə çatdırıb. Sentyabrın 28-nə qədər davam edəcək tədbirdə 194 ölkə iştirak edir. 

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi