Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib Bakı. 2 noyabr. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclasında “Baku Bus” MMC-nin maliyyə təsərrüfatı fəaliyyətinə dair, eləcə də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin formalaşması və istifadəsinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
Maliyyə
2 Noyabr , 2017 17:46
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib
Sai.gov.az

Bakı. 2 noyabr. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclasında “Baku Bus” MMC-nin maliyyə təsərrüfatı fəaliyyətinə dair, eləcə də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin formalaşması və istifadəsinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin nəzarət tədbiri üzrə proqram təsdiq olunub.

Hesablama Palatasının auditoru Firsənd Qurbanov və şöbə müdiri Hilal Hüseynov ECOSAI-ın İdarə Heyətinin 23-24 oktyabr 2017-ci il tarixində keçirilmiş XXII toplantısında iştirak barədə kollegiyada məruzə ediblər.

Son xəbərlər

Orphus sistemi