Bakı. 30 oktyabr. REPORT.AZ/ Hesablama Palatasının növbəti kollegiya iclasında “2018-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələrinə qurumun rəyləri müzakirə edilib.
“Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Məlumata görə, iclas iştirakçıları rəylər barədə fikir və təkliflərini bildirib, qanun layihələrinin Milli Məclisdə müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı kollegiya qərarları qəbul olunub.