Hesablama Palatası: Dövlət borcu ÜDM-in 21%-i qədərdir

Hesablama Palatası: Dövlət borcu ÜDM-in 21%-i qədərdir Bu il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 16 870,3 milyon manat təşkil edib.
Maliyyə
4 İyun , 2020 17:42
Hesablama Palatası: Dövlət borcu ÜDM-in 21%-i qədərdir
Report

Bu il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 16 870,3 milyon manat təşkil edib.

"Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

Rəyə əsasən, bu, ötən il üzrə ümumi daxili məhsulun (ÜDM) 20,7%-i qədərdir. Adambaşına düşən borc isə 1 675,8 manat olub.

Dövlət borcunun 15 454,7 milyon manatı və yaxud 91,6%-i xarici, 1 415,6 milyon manatı və yaxud 8,4%-i isə daxili dövlət borcunun payına düşüb. 

Son xəbərlər

Orphus sistemi