Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsinin icrası ilə bağlı uyğunsuzluqların əksəriyyəti xərclər istiqamətindədir.
“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Akkreditiv hesablarda 300 milyon manat, bank hesbalarında isə 1 milyard manatdan çox qalıq olub. Ötən il subsidiyalarla bağlı 3 milyon manat geri qaytarılıb. Əsaslı vəsait qoyuluşu üçün Naxçıvana yönəldilmiş vəsaitin 15 %-i istifadə edilib. Qalan vəsait əsasən hesablarda qalıb", - deyə o qeyd edib.