Hesablama Palatası beynəlxalq videokonfransda iştirak edib

Hesablama Palatası beynəlxalq videokonfransda iştirak edib Mövcud təcrübənin öyrənilməsi və sistemləşdirilməsi ilə bağlı qərar qəbul edilib
Maliyyə
2 Noyabr , 2016 11:02
Hesablama Palatası beynəlxalq videokonfransda iştirak edib

Bakı. 2 noyabr. REPORT.AZ/ MDB ölkələri Ali maliyyə nəzarəti orqanları Şurasının əsas milli göstəricilər üzrə ekspert qrupunun “Dayanıqlı inkişaf üzrə MDB ölkələrinin təcrübəsi” mövzusunda videokonfrans keçirilib.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, konfransda işçi qrupuna üzv dövlətlərdən Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Moldova dövlətlərinin ali audit qurumlarının müvafiq əməkdaşları iştirak ediblər.

Azərbaycan Hesablama Palatasını videokonfransda icmal-analitik şöbənin icmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev təmsil edib.

Konfransın nəticəsi olaraq mövcud təcrübənin öyrənilməsi və sistemləşdirilməsi, həmçinin əldə olunan məlumatlar əsasında müvafiq bazanın formalaşdırılması ilə bağlı qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi