Hesablama Palatası “Azərişığ”ın fəaliyyətini yoxlayıb

Hesablama Palatası “Azərişığ”ın fəaliyyətini yoxlayıb Bakı. 14 iyun. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Maliyyə
14 İyun , 2018 14:17
Hesablama Palatası “Azərişığ”ın fəaliyyətini yoxlayıb
Hesablama Palatası / Report
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. 

"Report"un quruma istinadən verdiyi xəbərə görə, iclasda “Azərişıq” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair həyata keçirilmiş nəzarət tədbiri üzrə hesabat müzakirə olunub. 

Həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilomaların və xərclərin proqnozlaşdırılması və icrasının auditinə dair, dövlət büdcəsindən  Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinə dair, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsi, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bərdə rayon İcra Hakimiyyətinə və tabelyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair və dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinin Aparatının saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar da iclasda müzakirə mövzusu olub. 

Eyni zamanda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi üzrə dövlət rüsumlarının, dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, hesablanması və icrasına dair hesabatlar ətrafında müzakirə aparılıb. 

Son xəbərlər

Orphus sistemi