Dövlət Neft Fondunun (ARDNF) valyuta strategiyasını təkmilləşdirməsi vacibdir.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
"Valyuta strategiyasının daha da təkmilləşdirilməsi ilə məzənnə dəyişikliyinin volatil olmasını nəzərə alaraq aktivlərin valyuta məzənnəsinin dəyişməsindən təsirini minimuma endirmək olar. Fond əksər regionların maliyyə bazarlarında iştirak məqsədi ilə müxtəlif valyutalara ifadə olunan aktivlərə investisiyalar edir ki, bu da məzənnə dəyişikliyindən yaranan fərqlə nəticələnir", - deyə sənəddə qeyd olunub.