Hesablama Palatası kollegiyasının növbəti kollegiya iclası videoformat şəklində baş tutub.
"Report" quruma istinadən xəbər verir ki, iclasda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin 2019-cu ildə icrası ilə bağlı illik hesabata verilmiş Rəy müzakirə olunub.
Kollegiya illik hesabatın layihəsini məqbul hesab edərək Fondun Müşahidə Şurasına təqdim olunmasına qərar verib.
Bundan başqa, iclasda 2020-ci ilin İş Planının icra vəziyyəti müzakirə edilib, pandemiya şəraitinin təsirləri qiymətləndirilib və cari ilin İş planına dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul olunub.