Hesablama Palatası 9 ayda xərclərini 82% icra edib

Hesablama Palatası 9 ayda xərclərini 82% icra edib Bu ilin yanvar-sentyabar aylarında Hesablama Palatasının xərcləri 5,174 milyon manat təşkil edib ki, bu da nəzərdə tutulmuş smetanın 82%-i deməkdir.
Maliyyə
4 Oktyabr , 2021 16:50
Hesablama Palatası 9 ayda xərclərini 82% icra edib

Bu ilin yanvar-sentyabr aylarında Hesablama Palatasının xərcləri 5,174 milyon manat təşkil edib ki, bu da nəzərdə tutulmuş smetanın 82%-i deməkdir.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Palatanın 9 aylıq xərclərinin 93%-i və yaxud 4,812 milyon manatı əməyin ödənişi xərcləridir. Bu sahədə icra vəziyyəti 85,2% təşkil edib.

Bundan başqa, hesabat dövründə qurum lazımi malların satın alınmasına 246 min manat (icra vəziyyəti 67,1%), sosial ödənişlərə 110 min manat (icra vəziyyəti 80%), qeyri-maliyyə aktivlərinə isə 5 min manat (icra vəziyyəti 3,3%) xərcləyib.

Son xəbərlər

Orphus sistemi