Büdcədən icra hakimiyyətlərinə ayrılan vəsaitlərin icrası yoxlanılıb

Büdcədən icra hakimiyyətlərinə ayrılan vəsaitlərin icrası yoxlanılıb ​Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib
Maliyyə
25 Dekabr , 2015 15:03
Büdcədən icra hakimiyyətlərinə ayrılan vəsaitlərin icrası yoxlanılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Toplantıda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərindən Şamaxı rayon təhsil şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, bundan başqa, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Səbail rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara və dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Mingəçevir Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri dinlənilib.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi