​Hesablama Palatasının Aparatında dəyişikliklərlə bağlı əmr imzalanıb

​Hesablama Palatasının Aparatında dəyişikliklərlə bağlı əmr imzalanıb Auditor vəzifəsinə yeni şəxs təyin edilib
Maliyyə
11 Yanvar , 2016 13:45
​Hesablama Palatasının Aparatında dəyişikliklərlə bağlı əmr imzalanıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Hesablama Palatasının strukturunun daha da təkmilləşdirilməsi və səmərəli fəaliyyətinin təşkili məqsədilə Palatanın Aparatında dəyişikliklərin həyata keçirilməsi ilə bağlı əmr imzalanıb.

"Report"un Palataya istinadən verdiyi məlumata görə, ötən ilin dekabrın 29-da Milli Məclis tərəfindən Hesablama Palatasının bəzi üzvlərinin yeni müddətə təyin edildiyini nəzərə alaraq “Hesablama Palatası haqqında” qanuna və Palatanın nizamnaməsinə əsasən, sədr Vüqar Gülməmmədov tərəfindən üzvlər arasında iş bölgüsü aparılıb.

Qeyd edək ki, dekabrın 29-da parlament Adil Məhərrəmovu sədr müavini, Cəfər Həsənovu və Vaqif Həsənovu auditor vəzifəsinə növbəti müddətə, Firsənd Qurbanovu ilk dəfə olaraq auditor vəzifəsinə təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi