Hansı MDB ölkələrinə Rusiyadan daha çox pul köçürmələri edilir?

Hansı MDB ölkələrinə Rusiyadan daha çox pul köçürmələri edilir? Bu ilin iyun-avqust ayları aralığında Rusiyadan MDB ölkələrinə pul köçürmələrinin həcmi cari ilin yaz ayları ilə müqayisədə 30% artıb.
Maliyyə
4 Oktyabr , 2021 11:24
Hansı MDB ölkələrinə Rusiyadan daha çox pul köçürmələri edilir?

Bu ilin iyun-avqust aylarında Rusiyadan MDB ölkələrinə pul köçürmələrinin həcmi cari ilin yaz ayları ilə müqayisədə 30% artıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Qiwi” qrupuna daxil olan “Contact” pul köçürmələri sisteminin materiallarında deyilir.

“Daha çox Tacikistana, Özbəkistana, Ermənistana, Azərbaycana və Gürcüstana köçürmələr həyata keçirilib”, - sistemin məlumatında bildirilir.

2021-ci ilin yayında Rusiyadan digər xarici ölkələrə pul köçürmələrinin həcmi bu ilin yazı ilə müqayisədə 20% azalıb. Bu baxımdan ən çox köçürmə edilən ölkələr siyahısına Türkiyə, Almaniya, Çex Respublikası, İsrail və Çin başçılıq edir.

Bu ilin yayında digər xarici ölkələrdən Rusiyaya pul köçürmələrinin həcmi isə cari ilin yazı ilə müqayisədə 30% artıb. Rusiyaya ən çox pul köçürmələri Böyük Britaniyadan, Cənubi Koreyadan, İsraildən, Belçikadan və ABŞ-dan həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi