Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb Sentyabrın 1-nə olan göstəriciyə əsasən, Gürcüstanın Azərbaycana olan borcunun həcmi 5,685 milyon ABŞ dolları təşkil edir.
Maliyyə
209
14 Sentyabr , 2020 14:25
Gürcüstanın Azərbaycana borcu azalıb

Sentyabrın 1-nə olan göstəriciyə əsasən, Gürcüstanın Azərbaycana olan borcunun həcmi 5,685 milyon ABŞ dolları təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkənin Azərbaycan qarşısında borcunda 422 min dollar azalma qeydə alınıb.

Hesabata əsasən, Gürcüstanın ümumilikdə 6,7 milyard dollar məbləğində xarici borcu var ki, bunun da 6,5 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana da borcu aylıq müqayisədə nisbətən azalaraq müvafiq olaraq 10,959 milyon dollar, 43,134 milyon dollar və 5,954 milyon dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi