Gürcüstanın Azərbaycana 6,29 milyon ABŞ dolları həcmində borcu var.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyindən bildirilib.
Mayın 1-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib.
Gürcüstanın ümumi xarici borcu isə 5,69 mlrd ABŞ dolları təşkil edir ki, bunun da 5,44 mlrd ABŞ dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox Almaniya (366,44 mln ABŞ dolları), Fransa (318,69 mln ABŞ dolları) və Yaponiyaya (217,52 mln ABŞ dolları) borcu var.
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana borcu da aylıq müqaysidə dəyişməz qalaraq müvafiq olaraq 12,1 mln ABŞ dolları, 48,6 mln ABŞ dolları və 6,8 mln ABŞ dollarına bərabərdir.