Gürcüstanda bu il iqtisadi artımı 4%-i üstələyəcək

Gürcüstanda bu il iqtisadi artımı 4%-i üstələyəcək İlin sonuna Gürcüstanda adambaşına ÜDM 4 254 dolara çatacaq
Maliyyə
21 İyul , 2017 19:06
Gürcüstanda bu il iqtisadi artımı 4%-i üstələyəcək

Bakı. 21 iyul. REPORT.AZ/ Gürcüstanda ÜDM artımı 2017-ci ildə 4%-i ötə bilər.

"Report" "İnvesting.ru" saytına istinadən xəbər verir ki, bu proqnozla baş nazirin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili çıxış edib.

"İlk yarım ildə ÜDM artımı xeyli müsbət olub. İlk 5 ayda ölkə iqtisadiyyatı 4,5% artıb. Qarşıdakı aylarda bu tendensiyanın qorunacağını düşünürük. İlin yekununda 4% həddini ötəcəyimizi ehtimal edirik", - nazir deyib.

Xatırladaq ki, Qürcüstan 2015-cı ildə iqtisadi artım 2,9%, 2016-cı ildə 2,7% olub.

"Global Finance" jurnalının proqnozlarına görə, Gürcüstanda ÜDM bu ilin sonuna 15,7 mlrd. dollar, adambaşına ÜDM-in isə 4 253,9 dollar təşkil edəcək.

Xatırladaq ki, Azərbaycanın 2016-cı il ÜDM 34 mlrd. dollar, adambaşına ÜDM isə 3 523 dollar olub.

Son xəbərlər

Orphus sistemi