Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb Qurumun rəhbərliyi qərarını inflyasiyanın sürətlənməyə başlaması ilə izah edib
Maliyyə
6 Sentyabr , 2017 13:44
Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Gürcüstan Mərkəzi Bankının bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin indiki - 7% səviyyəsində saxlanılmasına qərar verilib. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, qurumun rəhbərliyi qərarını inflyasiyanın sürətlənməyə başlaması ilə izah edib. 

Qeyd edək ki, avqust ayında Gürcüstanda qiymətlər iyul ayına nisbətən 0,2%, illik müqayisədə isə 5,7% artıb. 

Gürcüstan Mərkəzi Bankının növbəti iclası oktyabrın 25-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi