Bu ilin oktyabr ayında Gürcüstanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin eyni dövrünə nisbətən 3,9% az olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, ötən ay qonşu ölkədə maliyyə sektoru istisna olmaqla bütün sahələrdə geriləmə qeydə alınıb.
Yanvar-oktyabr aylarında isə Gürcüstan iqtisadiyyatı illik müqayisədə 5,1% kiçilib.