Gürcüstan Azərbaycanın əmanətlərin sığortalanması sahəsində təcrübəsini öyrənir

Gürcüstan Azərbaycanın əmanətlərin sığortalanması sahəsində təcrübəsini öyrənir Bakı. 21 sentyabr. REPORT.AZ/ 2017-ci ildə yaradılmış Gürcüstanın Əmanətlərin Sığortalanması Agentliyinin ekspertləri Azərbaycanın əmanətlərin sığortalanması sisteminin fəaliyyət prinsiplərinin öyrənilməsi məqsədilə Bakıya səfər ediblər.
Maliyyə
21 Sentyabr , 2018 16:54
Gürcüstan Azərbaycanın əmanətlərin sığortalanması sahəsində təcrübəsini öyrənir
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ 2017-ci ildə yaradılmış Gürcüstanın Əmanətlərin Sığortalanması Agentliyinin ekspertləri Azərbaycanın əmanətlərin sığortalanması sisteminin fəaliyyət prinsiplərinin öyrənilməsi məqsədilə Bakıya səfər ediblər. 

"Report" bu barədə Azərbaycan Əmanətlərin Sığortalanmasi Fonduna (ADIF) istinadən xəbər verir. 

Məlumatda həmçinin deyilir ki, qonaqlar ADIF-də keçirdiykləri görüşlərdə “Əmanətlərin Sığortalanması haqqında” qanun, əmanətlərin sığortalanması sisteminin əsas prinsipləri, Fondun strukturu, banklardan hesabatların qəbulu və emalı üzrə elektron hesabat sistemi, sığorta hadisəsi zamanı kompensasiyaların ödənilməsi qaydaları ilə tanış olublar. 

Bundan əvvəl isə gürcü nümayəndələr 12-14 sentyabr tarixlərində Avstriyanın paytaxtı Vyanada Avropa Əmanət Sığortaçılarının Forumunun (EFDI) illik toplantısında iştirak ediblər. Toplantıda Avropa ölkələrinin əmanətlərin sığortalanması fondlarının nümayəndələri ilə əmanətlərin sığortalanması sistemində stress-testlərin keçirilməsi, risk əsaslı ödənişlərin tətbiqi və əmanətlərin sığortalanması prinsiplərini müzakirə edlib. 

Son xəbərlər

Orphus sistemi