“Gunaybank”ın aktivləri illik müqayisədə 64% artıb

“Gunaybank”ın aktivləri illik müqayisədə 64% artıb Bakı. 11 yanvar. REPORT.AZ/ “Gunaybank” ASC-nin cəmi aktivləri illik 63,9% artaraq 2018-ci il yanvarın 1-nə 192 209,5 min manata çatıb.
Maliyyə
11 Yanvar , 2018 15:25
“Gunaybank”ın aktivləri illik müqayisədə 64% artıb

Bakı. 11 yanvar. REPORT.AZ/ “Gunaybank” ASC-nin cəmi aktivləri illik 63,9% artaraq 2018-ci il yanvarın 1-nə 192 209,5 min manata çatıb.

“Report” bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə "Günay Bank"ın kredit portfeli isə 36,9% artaraq 139 498,6 min manata yüksəlib. Kreditlərin 20 819,5 min manatı və yaxud 14,9%-i xarici valyutadadır.

Ötən il Bankın öhdəlikləri 2 dəfə artaraq 2018-ci il yanvarın 1-nə 131 931,3 min manat olub. Öhdəliklərin 86 061,7 min manatını və yaxud 65%-ni depozit portfeli təşkil edib. Depozit portfelinin 50 841,8 min manat və yaxud 58,7%-i xarici valyutada yerləşdirilib. 2018-ci il yanvarın 1-nə Bankın xüsusi kapitalı 58 978 min manat, cəmi kapitalı 60 278 min manat təşkil edib.

"Günaybank" 2017-ci ildə 4 099,4 min manat xalis mənfəət əldə edib. Qeyd edək ki, Bank 2016-cı ildə 4 697,8 min manat zərər etmişdi.

2017-ci ildə "Günaybank"ın faiz gəlirləri 6 915,2 min manat, qeyri-faiz gəlirləri 8 502,9 min manat, faiz xərcləri 3 805,8 min manat, qeyri-faiz xərcləri 4 308,0 min manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 3 204,9 min manat ayırıb.

Son xəbərlər

Orphus sistemi